16 sentyabr 2019-cu il tarixində Bakı Biznes və Kooperasiya Kollecində yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq tədbir keçirilib.
Kollecin direktoru dos. Fatimə Quliyeva yeni qəbul olan tələbələri təbrik edərək onlara təhsil həyatında uğurlar arzulayıb. Həmçinin, kollecin qazandığı uğurlar və beynəlxalq əlaqələri barədə məlumat verib. Kollecə yüksək balla qəbul olmuş tələbələrə tələbə biletləri və qiymətli hədiyyələr təqdim edilib.