Azərbaycan Kooperasiya Universitetində Sığorta bazarı haqqında maarifləndirici seminar keçirilib.
Azərbaycan Kooperasiya Universitetinin rəhbərliyi, universitetin Maliyyə fakültəsi və Maliyyə Bazarlarına Nəzarət Palatasının
Təlim və Maarifləndirmə Mərkəzinin birgə taşkilatçılığı ilə maliyyə ixtisası üzrə təhsil alan tələbələr üçün Sığorta bazarı haqqında maarifləndirici seminar keçirilib.
Sığorta haqqında ümumi məlumat, mahiyyəti və sığortanın əsas növləri barəsində keçirilən seminarda Maliyyə fakültəsinin dekanı Səbinə Vəliyeva çıxış edərək qonaqları salamlayıb. S. Vəliyeva Maliyyə Bazarlarına Nəzarət Palatasının
Təlim və Maarifləndirmə Mərkəzinə təşəkkürünü bilidirərək qeyd edib ki, “Sığorta bazarı haqqında maarifləndirici təlimlərin Azərbaycan Kooperasiya Universitetində mütəmadi təşkili tələbələrimizin maarifləndirilməsi üçün olduqca önəmlidir. Xüsusilə də maliyyə ixtisasında təhsil alan tələbələrimizin bu sahədə ixtisas biliklərini artırması təqdirəlayiqdir”.
Təlimdə həmçinin, Azərbaycan Sığortaçılar Assosiasiyası İdarə Heyətinin sədr müavini Elsəvər Tanrıverdiyev, Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta fəaliyyətinə nəzarət departamentinin Qeyri-həyat sığorta infrastrukturuna nəzarət idarəsinin əməkdaşı Oruc Həsənxanov, “Günay Sığorta” ASC , Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səidə Fətullazadə, “Atəşgah Sığorta” ASC, Anderaytinq sahəsi üzrə çalışan mütəxəssis Şəbnəm Bəşirova, “Atəşgah Sığorta” ASC, Aktuar Nərmin Əliyeva maliyyə və sığorta ilə bağlı geniş təqdimatlarla çıxış etdilər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.