Azərbaycan Kooperasiya Universitetində "Gənclərin asudə vaxtlarının səmərəli təşkili" mövzusunda təlim keçirilib.
Azərbaycan Kooperasiya Universitetində “Sosial iş və Tərcümə” fakültəsinin təşkilatçılığı ilə “İRƏLİ” İctimai Birliyinin Sosial iş katibi Günel Abbaszadə tərəfindən “Gənclərin asudə vaxtlarının səmərəli təşkili” mövzusunda təlim keçirilib.
Təlim proqramı çərçivəsində Sosial iş ixtisasının tələbələrinə asudə vaxtın əhəmiyyəti, gənc tələbələr arasında asudə zamanın funksiyaları öyrədilib.
Gənclər arasında interaktiv özünütanıtma mərhələsindən sonra asudə vaxtlarını necə təşkil etmələri barəsində diskussiya aparılıb. Tələbə gənclər arasında könüllülük, dəyərlər və təşkilatlanma prinsiplərinin təşkil olunması yolları müzakirə olunaraq yeni biliklər əldə olunub.
Sonda isə təlimin qiymətləndirmə prosesi baş tutaraq gənclərin düşüncələri səsləndirildi.