Improve the hIgher educatIon career wIth us !

News

ADVERTISEMENTS

  • Year of Shusha

    Among the students of Azerbaijan Cooperation University and Baku Business and Cooperation College within the framework of the "Shusha Year" held in our republic "Shusha is our national symbol" poetry, story and essay competition is ANNOUNCED.
    Year of Shusha
  • Year of Shusha

    Among the students of Azerbaijan Cooperation University and Baku Business and Cooperation College within the framework of the "Shusha Year" held in our republic "Shusha is our national symbol" poetry, story and essay competition is ANNOUNCED.
    Year of Shusha

    Our martyred graduates

    • Əhməd Vaqif oğlu Kərimov

      Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Noyabrın 10-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur.
    • Kanan Sadigh oghlu Suleymanli

      A soldier of Azerbaijan Armed Forces, a martyr of the Patriotic War. Senior lieutenant of the Azerbaijan Armed Forces, martyr of the Patriotic War. On November 9, 2020. He was martyred in the direction of Uchtepe in Khojavend region.
    • Rövşən Məmmədağa oğlu İsmayılov

      Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Ağdərə istiqamətində gedən döyüşlərdə oktyabrın 13-də snayper gülləsi nəticəsində şəhid olub.
    • Emil Rasif oghlu Abdulazimli

      A soldier of Azerbaijan Armed Forces, a martyr of the Patriotic War. He was martyred on October 19, during the Jabrayil battles.
    • Hüseyn Akif oğlu Həmidzadə

      Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı ağır yaralanan Hüseyn 01 noyabr 2020-ci ildə şəhid olmuşdur.
    • Rəcəb Yolçu oğlu Məmmədov

      Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. 7 noyabr 2020-ci ildə Xocavənd uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
    • Nicat Şöhrət oğlu Tarıverdiyev

      Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. 9 Noyabr 2020-ci il tarixində Talış - Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.
    • Balash Iltizam oghlu Farziyev

      A soldier of Azerbaijan Armed Forces, a martyr of the Patriotic War. He was honored for active military service in 2015. In 2020, he enlisted as a volunteer when the war broke out. On September 29, he was martyred as a result of falling a missile during the battles of Fuzuli.

      About us

      Azərbaycan Kooperasiya Universiteti

      2001-ci ilədək Azərbaycan Kooperasiya İnstitutu

      Yaradıldığı il: 1964-cü il

      Dövlət Akkreditasıyası: ARTN-nin Akkreditasiya Şurasının qərarına əsasən Təhsil Nazirliyinin 13.07.2012-ci il tarixli 1361 saylı əmri ilə özəl ali təhsil müəssisəsi kimi 5 il müddətinə akkreditə olunmuşdur.

      Lisenziya: ARTN-nin 15.03.2012-ci il tarixli 411 saylı əmri ilə ali təhsilin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığı aparılmasına (071001 nömrəli qeydiyyat №-si 137) lisenziya verilmişdir.

      Heydər Əliyev

      Ümummilli Lider

      Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.

      MultI-profILe UnIversIty

      Azərbaycan Kooperasiya Universiteti ali təhsilin bütün səviyyələri üzrə geniş profilli mütəxəssislər hazırlığını, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatları aparan çoxprofilli aparıcı qeyri-dövlət ali təhsil müəssisəsidir.

      Azərbaycan Kooperasiya Universitetinin əsası 1964-cü ildə qoyulmuşdur. Azərbaycan hökümətinin və Azərittifaqın İdarə Heyətinin müraciətinə əsasən keçmiş SSRİ Mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı (Sentrosoyuz) İdarə Heyətinin 8 yanvar 1964-cü il tarixli qərarı ilə ilk dəfə Moskva Kooperativ İnstitunun (MKİ) Bakı Tədris-Məsləhət Məntəqəsi yaradılaraq Ticarətin iqtisadiyyatı və Əmtəəşünaslıq ixtisasları üzrə tələbə qəbulu aparılmışdır.

      Bakı Tədris-Məsləhət Məntəqəsi keçmiş SSRİ Sentrosoyuzu İdarə Heyətinin müvafiq qərarları ilə 1969-cu ildə MKİ-nun Bakı Qiyabi İqtisad fakültəsinə, 1974-cü ildə MKİ-nun Bakı filialına çevrilmişdir. 1975-ci ildə Sentrosoyuzun qərarı ilə filial MKİ-nun tərkibindən çıxarılaraq Ukraynanın Poltava Kooperativ İnstitunun tərkibinə verilmiş, 1990-cı ildə yenidən MKİ-nun tabeliyinə keçirilmişdir. Bu illərdə filialda 5 ixtisas üzrə, o cümlədən respublikada ilk dəfə Kənd təsərrüfatı məhsulları tədarükünün iqtisadiyyatı və təşkili ixtisası üzrə ali təhsilli mütəxəssis hazırlığı aparılmışdır.

      Respublikamız müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 1992-ci il tarixli 8 saylı qərarı ilə Moskva Kooperativ İnstitunun (MKİ) Bakı filialı Azərittifaqın mülkiyyətinə verilmiş, Azərittifaq İdarə Heyətinin 19 mart 1993-cü il tarixli 31 saylı qərarı ilə həmin filialın bazasında müstəqil Azərbaycan Kooperasiya İnstitutu yaradılmış və Nizamnaməsi təsdiq edilmişdir. İnstitut yaradılarkən onun tərkibində 2 fakültə, 6 kafedra fəaliyyət göstərirdi.

      Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə 1997-ci ildən başlayaraq Universitetdə magistr hazırlığı həyata keçirilir.

      Azərbaycan Respublikasının Prezidenti, xalqımızın ümummilli lideri Heydər Əliyevın 30 avqust 2000-ci il tarixli 391 saylı fərmanı ilə verilmiş tapşırığa müvafiq olaraq Azərittifaqın və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə institutun profili genişləndirilərək 3 may 2011-ci ildə onun bazasında Azərbaycan Kooperasiya Universiteti yaradılmış, onun Nizamnaməsi 8 may 2002-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq Dövlət qeydiyyatı haqqında 46 nömrəli Şəhadətnamə verilmişdir.

      Azərbaycan Kooperasiya Universiteti yaradıldıqdan sonra onun maddi-texniki bazasının möhkəmləndirilməsi, professor-müəllim heyətinin tərkibinin yaxşılaşdırılması, kadr hazırlığı aparılan ixtisasların sayının genişləndirilməsi, təhsilin səviyyəsinin yüsəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparılmışdır. Tədris korpusunun ümumi sahəsi 10500 kv. metrdir. Bundan əlavə Azərittifaqın İdarə Heyətinin sədrinin 2011-ci il 16 avqust tarixli F-16 nömrəli sərəncamı ilə Bakı Biznes və Kooperasiya Kollecinin 4-cü və 5-ci mərtəbələrindən Universitetin istifadəsinə 2000 (iki min) kv.m. tədris sahəsi ayrılmışdır.

      Hazırda Universitetdə bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı aparılır. Universitetin 8 fakültəsində tələbələr 19 ixtisas üzrə Azərbaycan və Rus dillərində əyani və qiyabi formada təhsil alırlar. Universitetdə 20kafedra, 50-dən artıq laboratoriya və fənn kabinetləri, 4 komputer laboratoriyası, 30 min nüsxədən artıq kitab fonduna malik olan kitabxana və oxu zalı, mətbəə, tibb məntəqəsi, idman zalı, iaşə müəssisəsi, arxivfəaliyyət göstərir. Təhsil alan tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasında 17 nəfər professor, 112 nəfər dosent və elmlər namizədi (fəlsəfə doktoru), 96nəfər, baş müəllim və assistent çalışır. Tədrisin və dərsdənkənar hazırlığın təşkili 86 nəfərdən ibarət tədris – köməkçi heyət və tyutor xidməti tərəfindən həyata keçirilir.

      Azərbaycan Kooperasiya Universiteti MDB ölkələri Kooperasiya ali təhsil müəssisələri, eləcə də ABŞ, Türkiyə, Baltikyanı ölkələrin ali məktəbləri ilə sıx əməkdaşlıq edir. Təhsil sahəsində əldə etdiyi nailiyyətlərə görə bu təhsil müəssisəsi 1998-ci ildə ABŞ-nın Beynəlxalq Marketinq İnstitutunun Qran-pri mükafatına layiq görülmüşdür. Universitetin Türkiyə, Rusiya, Belorus, Ukrayna, Moldova, Latviya, Litva, Estoniya, Gürcüstan və digər ölkələrin ali təhsil müəssisələri ilə müəllim-tələbə mübadiləsi haqqında müqavilə öhdəlikləri vardır.

      2009-cu ildə Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olunduqdan sonra 21 yanvar 2011-ci il tarixdə Respublikası Nazirlər Kabineti tərəfindən Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinin təsdiq olunması ilə əlaqədar olaraq Azərbaycan Kooperasiya Universitetinin yeni Nizamnaməsi qəbul edilərək 7 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınmışdır.

      İqtisadiyyat

      İdarəetmə

      Maliyyə

      Mühasibat uçotu və sənayenin təşkili

      Marketinq və menecment

      Ekspertiza və texnologiya

      Sosial iş və Tərcümə

      Qiyabi şöbəsi

      Doktorantura şöbəsi

      Magistratura şöbəsi