Azərbaycan Kooperasiya Universiteti 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul ELAN EDİR

Azərbaycan Kooperasiya Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 mart  2022-ci il tarixli 140s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na əsasən 2022-ci il üçün aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru və elmlər doktoru  proqramı üzrə doktorantura və  dissertanturaya qəbul elan edir.

İxtisaslar:

5301.01 Daxili fiskal siyasət və dövlət maliyyəsi 


5303.01 Muhasibat uçotu 


5308.01 Ümumi iqtisadiyyat


5312.01 Sahə iqtisadiyyatı 


5304.01 Iqtisadi fəaliyyət növləri 

 

Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, oradan “Ali və orta ixtisas təhsil müəssisələrinin tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək qeydiyyatdan keçməlidirlər. Portal vasitəsilə qeydiyyat cari ilin 5 aprel  tarixindən başlanacaqdır.

Sənəd qəbulu 5 may 2022-ci il tarixə qədər davam edəcəkdir.

Fəlsəfə doktorluğuna namizədlər üçün Xarici dil imtahanı Dövlət İmtahan Mərkəzində keçiriləcəkdir.Namizədlər imtahanın keçirilməsi tarixini Dövlət İmtahan Mərkəzində öyrənməlidilər.

Xarici dildən müvəffəq qiymət almış  şəxslər  “İxtisas”  və “Fəlsəfə” fənnləri üzrə imtahanları seçdikləri universitetlərdə verəcəklər.

Elmlər doktorluğuna namizədlər seçdikləri universitetə müsabiqə yolu ilə  qəbul ediləcəklər.

Əlavə məlumatlar  üçün Azərbaycan Kooperasiya Universitetinə müraciət edə bilərsiniz.

Əlaqə : (+99412) 5622543  (+99412) 5627424

Ünvan : AZ1106, Bakı şəhəri, Nərimanov rayonu,Nəcəf Nərimanov küçəsi, 93