Azərbaycan Kooperasiya Universitetində “Bank əməliyyatları” mövzusunda praktiki seminar keçirilib

Universitetin Maliyyə fakültəsi tərəfindən təşkil olunan seminarda təlimçi qismində Azərbaycan Beynəlxalq Bankının İnsan Resurslarının İdarə edilməsi departamentinin daxili təlimçisi, İnternational Consulting Company təsisçisi və rəhbəri Ramin Bayramov çıxış edib.
Əsasən maliyyə ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulan təlimin mövzusu aşağıdakılar olub:
– Bankın aktiv, passiv və vasitəçilik əməliyyatları
– Bank qanunvericiliyi (Bank əməliyyatlarına dair qanunvericilik tələbləri)
– Valyuta qanunvericliyi (Valyuta rejimi və valyuta tənzimi)
– Nağdsız əməliyyatların qanunvericilik tələbləri
– Çirkli pulların yuylmasına qarşı mübarizə tədbirləri (qanunvericilik tələbləri).
Sonda mövzu ətrafında tələbələrlə təlimçi arasında maraqlı diskusiya yarandı və tələbələri maraqlandıran suallar cavablandırıldı.