Elmi şuranın iclasına universitetin rektoru, Millət vəkili, professor Eldar Quliyev sədrlik edib. Rektor yeni tədris ilinin başlanması münasibətilə kollektivə öz təbriklərini çatdıraraq bilidirib ki, “Ölkəmizdə təhsilə göstərilən dövlət qayğısı, bu sahənin inkişafı istiqamətində görülən işlər silsilə olaraq bu gün də uğurla davam etdirilir. Respublikamızda təhsilin inkişafı mövcud dövlət siyasətinin əsas prioritet istiqamətidir. – deyən E. Quliyev həmçinin Azərbaycanda son illərdə tələbə qəbulunda keyfiyyət göstəricilərinin də kifayət qədər yüksəldiyini vurğuladı. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinə tələbə qəbulunun vəziyyəti barəsində danışan rektor 2019/2020-ci tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı keçirilən müsabiqənin nəticələrinə görə Azərbaycan Kooperasiya Universitetinə ümumilikdə 1000 nəfərə yaxın tələbənin qəbul olduğunu bildirdi.
Sonra Elmi şuranın iclası gündəlikdə duran məsələlər üzrə davam etdirildi. İclasda universitetin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev, Elmi işlər üzrə prorektor Bəyalı Ataşov və doktorantura və magistratura şöbəsinin müdiri Elsəvər Kərimov çıxış etdilər. Sonda rektor E.Quliyev yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq müvafiq göstəriş və tapşırıqlarını verdi.