Bakıda Almaniya Akademik Mübadilə Xidməti (DAAD) Məlumat Mərkəzi 25 və 26 sentyabr tarixlərində Boloniya Konfransı və Şəbəkə Yığıncağını təşkil edir. Tədbirin ümumi məqsədi Boloniya İslahatlarının həyata keçirilməsini təşviq etmək və Azərbaycanla Avropa ali təhsil məkanı arasında ali təhsil sahəsində əməkdaşlığı gücləndirmək və tətbiqinə başlamaqdır. Qeyd edək ki, konfransda Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva və universitetin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları iştirak edirlər.