26 dekabr 2018-cil il tarixinində Azərbaycan Kooperasiya Universitetində il ərzində təhsili, ictimai-siyasi fəaliyyəti və xüsusi bacarıqları ilə fərqlənən tələbə gənclərin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə universitetin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva çıxış edərək gəncləri qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etdi. A.Quliyeva eyni zamanda il ərzində universitetdə tələbələrin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söhbət açdı. O, bildirdi ki, 2018-ci il universitetimiz üçün çox uğurlu il olmuş, silsilə innovativ layihələrin təşkil olunduğu, tədrisin daha da yüksəldiyi, elmi tədqiqat işlərinin sürətləndiyi və ümumi miqyasda baxdıqda olduqca nikbin il olduğunu vurğuladı. Ümid edirik ki, qarşıdan gələn 2019-cu il həm respublikamız Azərbaycan üçün, həm də universitetimiz üçün düşərli il olacaqdır. 
Sonda universitetin ictimai-siyasi həyatında fəal iştirakına və Tələbə Gənclər Təşkilatının işinin təşkilindəki xidmətlərinə görə bir qrup tələbəyə Fəxri fərmanlar, “Qış sədası” adlı şeir müsabiqəsində qalib olan gənclərə isə diplom və hədiyyələr təqdim olundu.