Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Millət vəkili, Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor Eldar Quliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 – 2018)” yubiley medalı ilə təltif olunub. 
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı Prezident cənab İlham Əliyevin sərəncamı ilə təsis edilib. Bu medalla Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və AXC irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.