Azərbaycan Kooperasiya Universitetində respublikamızın tanınmış texnoloq alim və mütəxəssisləri ilə universitetin “Ekspertiza və texnologiya fakültəsi”nin taləbələrinin görüşü keçirilib.
Görüşdə Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva, Tədris işləri üzrə prorektor Fikrət Quliyev, Ekspertiza və texnologiya fakültəsinin dekanı Möhübbət Hüseynov, Az Granata MMC-nin direktor müavini, professor Vüqar Mikayılov, MMC-nin satış departamentinin müdiri Zamiq Əliyev, eksport şöbəsinin mütəxəssisi Nəzrin Rəhimova və fakültə tələbələri iştirak edib. Tələbələrlə açıq diskussiya şəraitində keçirilən görüşdə mütəxəssislər tərəfindən gəncləri maraqlandıran suallar cavablandırılıb.